+99470 2121213 naxcivantravel@gmail.com

Login

Sign Up

After creating an account, you'll be able to track your payment status, track the confirmation and you can also rate the tour after you finished the tour.
Username*
Password*
Confirm Password*
First Name*
Last Name*
Birth Date*
Email*
Phone*
Country*
* Creating an account means you're okay with our Terms of Service and Privacy Statement.
Please agree to all the terms and conditions before proceeding to the next step

Already a member?

Login
+99470 2121213 naxcivantravel@gmail.com

Login

Sign Up

After creating an account, you'll be able to track your payment status, track the confirmation and you can also rate the tour after you finished the tour.
Username*
Password*
Confirm Password*
First Name*
Last Name*
Birth Date*
Email*
Phone*
Country*
* Creating an account means you're okay with our Terms of Service and Privacy Statement.
Please agree to all the terms and conditions before proceeding to the next step

Already a member?

Login

Naxçıvan Abidələri

Əlincəqala ” Qafqazın Machu Picchu”u

Elinceqala

Əlincəqala Naxçıvan şəhərindən 30 km şərqdə, Culfa rayonunun Xanəgah kəndinin ərazisində, Əlincə çayının sağ sahilində, 1811 metr hündürlüyə malik olan sıldırım Əlincə dağının üzərində yerləşir. Tədqiqatçılar tarixi qaynaqlara əsaslanaraq qalanı iki min il bundan əvvələ aid edirlər. Qala bu ərazidə yaşamış “Əlincək” tayfa birliyi tərəfindən eramızdan əvvəl tikilmiş, eramızın V əsrinə qədər bərpa edilmişdir. Əlincək qədim türk boylarından biridir. Əlincə adı həmin tayfa birliyinin adından yaranmışdır.
Müdafiə nöqteyi-nəzərindən son dərəcə əlverişli coğrafi mövqedə yerlləşən Əlincəqala tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmışdır.
Azərbaycan Atabəyləri dövləti zamanı (1136-1225) qalanın siyasi, hərbi strateji və iqtisadi əhəmiyyəti xüsusilə artmış, ondan mühüm hərbi istehkam kimi dövlətin xəzinəsinin saxlanıldığı yer, hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq, və s. kimi istifadə olunmuşdur. Atabəy Məhəmməd Cahan Pəhləvanın arvadı, Naxçıvanın hakimi Zahidə xatının iqamətgahı və Eldənizlərin xəzinəsi bu qalada yerləşirdi.

Əlincəqala XIII əsrdə Hülakülərin hakimiyyəti altında olmuş, XIV əsrin II yarısında Cəlairilərin əlinə keçmişdir. Cəlairilər bu qalanın strateji əhəmiyyətini nəzərə alaraq, həmişə onu möhkəmləndirməyə çalışmışlar. Əmir Teymurun hücumu ərəfəsində Cəlairi hökmdarı Sultan Əhməd xəzinəsini, ailəsini, oğlunu və yaxın adamlarını qalada yerləşdirib onun müdafiəsini Əmir Altuna tapşırmışdı (1, s.351). 300-ə yaxın döyüşçüsü olan qalanın müdafiəsi Məlik Tahirə, qala rəisliyi əvvəlcə Xacə Cövhərə, onun ölümündən sonra Əmir Altuna, Əmir Altunun qətlindən sonra isə Seyyid Əhməd Oğulsamiyə tapşırılmışdı (7, s.15). Əlincəqala 1387-1401-ci illərdə – 14 il ərzində Əmir Teymurun qoşunlarının hücumlarına mətanətlə müqavimət göstərmiş, təslim olmamışdı. Ancaq qala daxilində başlayan ziddiyyətlər onun müdafiəçilərinə ciddi təsir edir, onların bir qismi Məlik Tahirdən üz döndərib qalanı tərk edirlər. Məlik Tahir də öz acizliyini hiss edib Cəlairilərin Əlincədəki xəzinəsini götürüb Bağdada çəkilir. Beləliklə, qala tədricən boşalmış, Teymur qoşunları bundan sonra boş qalanı tutmuşlar. Hindistan səfərindən qayıdan və Azərbaycana gələn Əmir Teymur Əlincəqalanın onun qoşunlarına 14 il mərdliklə müqavimət göstərməsindən heyrətə gəlmiş, özü qalaya çıxaraq onu xüsusi olaraq ziyarət etmişdi.

Gülüstan Türbəsi

Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndindən təxminən bir kilometr şərqdə, Araz çayının sol sahilində XII əsrdə inşa edilmişdir. Əcəmi Əbubəkr oğlu Naxçıvani yaradıcılığının ənənələrini özündə əks etdirən, tünd qırmızı tufdan inşa edilən Gülüstan türbəsi orijinallığı, tikinti texnikası, gövdəsindəki naxış bəzəyi, zahiri görünüşü, memarlıq həllinin səciyyəsi ilə nadir sənət incisi kimi diqqəti cəlb edir.

Gülüstan türbəsi mənbələrdə bəzən “Kəsik günbəz” kimi də xatırlanır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci ildə imzaladığı “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı bu möhtəşəm abidənin bərpası və tədqiqi üçün geniş imkanlar yaratdı. Sərəncama əsasən yaradılan “Gülüstan türbəsi” tədqiqat qrupu türbənin tarixi ilə əlaqədar yeni faktlar aşkara çıxarıb. Tədqiqat qrupu türbənin tarixi, memarlıq formaları, ətraf ərazinin arxeologiyası, etnoqrafiyası, tarix və memarlıq abidələri haqqında məlumatlar toplayıb, onlar əsasında türbə və ətraf ərazilərlə əlaqədar konkret elmi nəticəyə gəlib. Azərbaycanın qülləvari türbələri sırasına daxil olan və özünəməxsus xüsusiyyətləri ilə seçilən türbə XVI yüzilliyə aid “Çaldıran səfəri ruznaməsi”ndə, XVII əsr türk səyyahı Övliya Çələbinin “Səyahətnaməsi”ndə “Kəsik günbəz”, 1815-ci ildə Culfada olmuş Mirzə Saleh Şirazinin “Səfərnamə”sində isə “tənha bürc” kimi xatırlanır.

Qarabağlar -“Quti Xatın” Türbəsi     

Azərbaycan memarlığının və XII-XIV əsrin canlı şahidi Qarabağlar Türbə Kompleksi öz  memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir”.

Kəngərli rayonunun Qarabağlar kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi. Memarlıq kompleksinə daxil olan türbədən başqa burada qoşa minarə və onların arasında yerləşən dini bina qalıqları var. Qoşa minarənin XII əsrin sonu-XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatının adı yazıldığından, onun Quti xatının şərəfinə tikildiyi güman edilir.
Üslub və tikinti texnikası xüsusiyyətlərinə görə, türbənin tikilmə tarixi Hülakü hökmdarı Əbu Səid Bahadır xanın hakimiyyəti illərinə (1319-1335) aid edilir.
Qarabağlar türbəsinin səthi qırmızı və firuzəyi kaşılı kərpiclə örtülmüş həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Kitabələrin mətni şaquli qoyulmuş firuzeyi kaşılı kərpiclərdən və üfüqi düzülmüş kaşısız qırmızı kərpiclərdən tərtib olunmuş və kərpic vasitəsilə düzəldilən dəfələrlə təkrarlanan rombların içərisində yazılan “lə iləhə illəllah Məhəmmədən Rəsulallah” (Allahdan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur!) kəlamlarından ibarətdir.
Bu isə müəyyən qədər 1322-ci il Bərdə türbəsinin ornamentli kitabəsini xatırladır. Türbənin yuxarısındakı kitabə qurşağı nəsx xətti ilə işlənmişdir. Yerliyi göy kaşıdan olan kitabə ağ hərflərlə yazılmışdır Qarabağlar türbəsinin kompozisiya xüsusiyyəti 4 baştağlı olmasıdır. Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərində yerləşərək türbəyə 4 fasadlı görkəm verir. Baştağların səthi kaşı ilə örtülmüş, həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Bunlardan ən maraqlısı şm. tərəfdəki əsas baştağdır. Qarabağlar türbəsinin konus şəklində olmuş yuxarı günbəzi və müvafiq kitabələri dağıldığından türbənin tarixini dəqiq təyin etmək mümkün deyildir. Lakin bütün tədqiqatlar türbənin XIV əsrin əvvəllərində tikildiyini göstərir. Qarabağlar türbəsi ilə Bərdə türbəsinin oxşarlığına və hər ikisinin XIV əsrin əvvəllərində tikilməsinə əsasən bu abidələrin eyni memarlıq məktəbinə aid olduğu, hətta Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndəsi, Bərdə türbəsinin müəllifi Əhməd Əyyub oğlu Hafiz Naxçıvani tərəfindən inşa edildiyi ehtimal edilir.
Qeyd: Abidə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2016-cı il 4 iyul tarixdə “Qarabağlar Türbə Kompleksinin bərpa və tədqiq olunması haqqında” Sərəncam imzalamışdır..

Ordubad Cümə Məscidi

Naxçıvanın şərqində yerləşən sakit Ordubad şəhəri bərəkətli bağları və Qafqazdakı ən ləzzətli limonları ilə məşhurdur. Ordubad, bir vaxtlar İpək Yolu üzərində, xüsusən ipək və meyvələrlə yetişdirilməsi və satışı ilə  məşğul olan əhəmiyyətli bir ticarət mərkəzi idi və bu gün dar küləkli küçələri, su bulaqları, hamam və məscidlərdən ibarət çoxsaylı binalar memarlıq və tarixi qoruğun hissəsidir.

I Şah İsmayılın hakimiyyəti dövründə yerli feodal Məlik Bəhram Ordubadın kələntəri təyin edilmişdir. I Şah Abbasın (1587-1629) baş vəziri təyin edilən Hatəm bəy Ordubadi ölkənin maliyyə və mülki işlərində mühüm rol oynamışdır. Osmanlı qoşun dəstələrinin başçısı Cəfər Paşa 1588-ci ildə Ordubadı ələ keçirdi. Səfəvi ordusu Ordubad şəhəri üzərinə hücuma keçən zaman xalq şah orduları gələnə qədər Osmanlı ordularına qarşı ciddi müqavimət göstərmişdi. Buna görə də Şah Abbas Ordubad əhalisini hər cür vergilərdən azad etmişdir. Bu şəhərin inkişafına, sənətkarlığın, ticarətin mədəni həyatın yüksəlişinə çox böyük köməklik göstərmişdir. Dulusçuluq, həkkaklıq, toxuculuq, ağac işləmə inkişaf etdi.

Tarixi abidələrə, XIV əsrə aid  buz evi, Geysəriyyə – XVII əsrə aid şərq bazarı və 1604-cü ildə yenidən qurulmuş Cümə məscidi daxildir. Görkəmli akademik Yusif Məmmədəliyev və yerli yazıçı Məmməd Səid Ordubadinin ev muzeyi də var. Kiçik Qafqaz dağlarında Ordubaddan şimal-qərbdə minilliklər boyu qurulmuş Gamigaya qayaüstü oymalar var ki siz buraya ilin müəyyən aylarında səfər edə bilərsiniz.

Ordubad Tarixi Şəhər kimi 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.

Yusif İbn Küseyir abidəsi

Naxçıvan şəhərində, xalq arasında “Ata-baba günbəzi” adı ilə məşhur olan 8 bucaqlı abidə yeraltı sərdabədən və yerüstü bürcvari hissədən ibarətdir. Abidənin yerüstü hissəsi də daxildən və xaricdən səkkizbucaqlı şəklindədir. Türbənin səkkizbucaqlı gövdəsi piramidaşəkilli kərpic günbəzlə örtülüb.
Türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlə bəzənib. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, sonra gəc məhlulu ilə tavalar şəklində bərkidilərək səthlərin üzərində möhkəmləndirilib. Türbənin rəis, xoca Yusif Küseyir oğlu üçün hicri 557-ci ildə, yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilib. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri sırasında üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada da kitabə yerləşdirilib. Kufi xətlə işlənmiş bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılıb: “Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu”.
Türbənin əsas fasadından sol tərəfdəki kitabə “kufi xətti” ilə  bu memarlıq abidəsinin memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyi yazılıb. Türbənin üzərindəki digər kitabədə isə yazılıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”.
Yusif Küseyir oğlunun türbəsi həcmi etibarilə bir o qədər böyük tikinti olmasa da, memarlıq bəzəyi sadə olsa da, öz ümumi kompozisiyasının aydınlığı, hissələrinin mütənasibliyi etibarilə və eləcə də inşaat işlərinin diqqətlə aparılması cəhətdən gözəl bir memarlıq abidəsidir.
Yusif İbn Küseyir abidəsinin bütün tərəfləri kufi xətli yazılarla haşiyələnib. Kitabələrin mətni Quran ayələridir. Məqbərənin tərəflərindəki hər on stalaktit tağda təkrar olunan yazıda deyilir: “Hakimiyyət vahid, qadir Allaha məxsusdur”.

XVIII əsr – Naxçıvan şəhərinin cənubunda yerləşən İmamzadə kompleksi

Kоmpleksin əsasını türbə təşkil edir. Aşağıdan kvadrat şəklində inşa edilən abidənin gövdəsində memar ustalıqla qırmızı və tünd bənövşəyi rəngli kərpiclərlə dəfələrlə təkrarlanan epiqrafik mоtiv – “Allah” sözünü yaratmışdır.
Türbənin içərisində bir qəbir vardır. Şəhər əhalisinin fikrincə bu qəbirdə səkkizinci imam Rzanın оğlu dəfn edilmişdir.
Vaxtilə türbənin üzərində kitabə оlmuşdur. Tədqiqatçıların XX əsrin əvvəllərində tədqiq etdiyi kitabədən aydın olur ki, türbə Səfəvi hökmdarı Əbu Müzəffər şah Təhmasib Bahadur xanın hakimiyyəti zamanında (1722-1732-ci illər)  Hacı Fulad bəyin оğlu Həzrət Rufai bəyin əmri ilə inşa olunmuşdur.
Kitabədə tarix qeyd olunmasa da orada vurğulanan “Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında” sözlərinə əsasən türbənin inşa tarixini müəyyənləşdirmək mümkündür. Belə ki, Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu adam 1722-32- ci illərdə hakimiyyətdə olub. Deməli, türbə XVIII əsrin 20-ci illərində inşa etdirilib. Bu türbəyə bitişərək nisbətən böyük həcmə  malik və qərbdən giriş qapısı оlan bina Naxçıvan xanlarının məqbərəsi olmuşdur.

Naxçıvan Xan Sarayı

Xan Sarayı Naxçıvan şəhərində – “Xan diki”ndə yerləşir. Memarlıq üslubu ilə Xan Sarayı yerləşdiyi ərazinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Sarayı XVIII əsrin sonların­da (1760-cı illərdə) Naxçıvan xanı, Ehsan xanın atası görkəmli dövlət xadimi Kalbalı xan Kəngərli tikdirmişdir. Şərq memarlıq üslubunda tikilmiş bu Saray XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur.
Xan Sarayı iki mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olmuşdur. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulmuşdur. Xan Sarayının ümumi sahəsi 382 kvadratmetrdir. Bir metrədək divarlarının qalınlığı olan bina bişmiş kərpiclə tikilmişdir. Birinci mərtəbədə səkkiz otaq, ikinci mərtəbədə altı otaq və iki zal vardır. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş.
Bu qədim mədəniyyət incisi Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb.

XII Əsrin Görkəmli Memarlıq Abidəsi “Möminə Xatun” Türbəsi

Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə Xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbininən gözəl nümunəsi kimi şəhərin mərkəzində yüksəlir.
Abidənin baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin “məhərrəm 582” (miladi 1186)–cı ilin yaz çağı olduğunu aydınlaşdırmışdır.
O zaman Azərbaycanda Atabəylər dövləti hakimiyyətdə olub. Atabəylər dövlətinin başçısı Atabəy Şəmsəddin Eldəniz öz həyat yoldaşı Möminə Xatunun şərəfinə, onun məzarı üzərində bu türbəni tikdirib. Amma təəssüf ki, Atabəy bu türbənin qoyuluşunu belə, görməyib. Çünki Möminə Xatundan 28 gün sonra özü də vəfat edib. Türbəni oğlu Məhəmməd Cahan Pəhləvan tikib başa çatdırıb”.

Möminə Xatun türbəsi “şərqdə qadın şərəfinə tikilmiş ilk türbədir: “Bu türbənin inşasının bir neçə simvolik əlaməti mövcuddur. Birinci əlaməti XII əsrdə Azərbaycan qadınına, xüsusilə də anaya verilən qiymətin dəyərini göstərir. İkincisi, Atabəy Şəmsəddin Eldənizin Möminə Xatuna olan böyük sevgisinin simvoludur ki, arada böyük məhəbbət olmasaydı, belə bir möhtəşəm abidə ucalmazdı. Xaricdən on bucaqdan ibarətdir ki, bucaqların hər birinin üstündə yuxarıdan aşağıya doğru Qurani-Kərimdən “Yasin” surəsi yazılıb. Yazıların uzunluğu 500 metrə çatır”.
Türbənin daxili hissəsi bəzəksizdir. Divar malalanıb və əhənglə ağardılmışdır. Yeganə bəzək ünsürü – günbəzin iç tərəfində yerləşdirilmiş dörd böyük qönçədir. Bu qönçələrin tədqiqi bir neçə maraqlı faktları aşkar etmişdir. Qönçələr gəcdən düzəldilmişlər. Diametrləri 145-150 sm qədər olub, qalınlıqları 6,5 sm-dir. Bəzəkli haşiyə ilə haşiyələndirilmişlər. Bütün qönçələrin ortasında «Allah» kəlməsi yazılmışdır. Sol divardakı qönçənin içərisində konsentrik xətlə beşguşəli ulduz çəkilmişdir. Birinci ulduzu, beş dəfə təkrarən yazılan «Ömər» – sözü, ikinci beş düz xətlə yazılmış – «Mühəmməd, Əbu-Bəkr, Ömər, Osman, Əli» – sözləri təşkil edir. Beləliklə ustad, bir tərəfdən qönçənin içərisində yazıları ornament şəklində yerləşdirməyə müvəffəq olmuş, digər tərəfdən isə müsəlman aləminin əsas kəlamı – «Allah, Məhəmməd, Əli» və xilafətin dörd ilk xəlifələri olan – Əbu-Bəkrin (632-634), Ömərin (634-644), Osmanın (644-656) və Əlinin (656-661) adlarını çəkmişdir. Həmçinin, cənub divardakı qönçənin içindəki dairənin içərisində – «Allah» sözü, ətrafında isə səkkiz düz xətlə: «Mühəmməd, Əbu-Bəkr» və iki dəfə təkrarlanan: «Ömər, Osman, Əli, Həsən» və «Hüseyn» sözləri yazılmışdır. Şöhrəti bütün yaxın Şərqdə yayılmış və dahi Nizaminin qəhrəmanlarının prototipinə çevrilmiş Əcəmi bu abidə ilə həm özünü, həm də şərəfinə ucaltdığı qadının xatirəsini əbədiləşdirmişdir.
XII əsrdə Naxçıvan Atabəylər dövlətinin paytaxtı, mərkəz şəhəri olub. 1136-cı ildən 1325-ci ilədək onların hakimiyyət dövrü olub. Müxtəlif şəhərlərin paytaxt olmasına baxmayaraq, Naxçıvan hər zaman diqqət mərkəzində saxlanılıb. Çünki bu ərazi keçid rolu oynayıb. Həm iqtisadi, həm də hərbi yürüşlər cəhətdən bu şəhər əlverişli hesab edilir. Atabəy Şəmsəddin Eldəniz öldükdən sonra taxta oğlu Məhəmməd Cahan Pəhləvan çıxıb. O zaman Cənubi Azərbaycanı Məhəmməd Cahan Pəhləvan, Şimali Azərbaycanı isə Qızıl Arslan idarə edib.
Naxçıvan Atabəylər dövlətinin mərkəz meydanı hesab edilib ki, burada başqa tikililər də mövcud olub: “Buranın girişi olub, qoşa minarələr olub, arxasında çox böyük bir məscid olub. XII əsrdə Şərqdə böyük məscidlərdən biri olub. 5000 insan bir dəfədə ibadət edə bilib. Eyni zamanda bu abidələr XIX əsrə qədər gəlib çatıb. XIX əsrdə abidələr baxımsızlıq, təbiət hadisələri, əsasən də müharibələrin təsirindən dağıdılıb. Yeganə Möminə Xatun türbəsi dövrümüzə qədər gəlib çatıb.

Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri olan Möminə Xatun türbəsi “Naxçıvan Məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.

Nuh Peyğəmbər türbəsi