+99470 2121213 naxcivantravel@gmail.com

Login

Sign Up

After creating an account, you'll be able to track your payment status, track the confirmation and you can also rate the tour after you finished the tour.
Username*
Password*
Confirm Password*
First Name*
Last Name*
Birth Date*
Email*
Phone*
Country*
* Creating an account means you're okay with our Terms of Service and Privacy Statement.
Please agree to all the terms and conditions before proceeding to the next step

Already a member?

Login
+99470 2121213 naxcivantravel@gmail.com

Login

Sign Up

After creating an account, you'll be able to track your payment status, track the confirmation and you can also rate the tour after you finished the tour.
Username*
Password*
Confirm Password*
First Name*
Last Name*
Birth Date*
Email*
Phone*
Country*
* Creating an account means you're okay with our Terms of Service and Privacy Statement.
Please agree to all the terms and conditions before proceeding to the next step

Already a member?

Login

Şimal yarımkürəsinə, Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramıdır Novruz bayramı

Novruz bayramı nədir və hansı ölkələrdə keçirilir

Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərilər də yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş şənliklər keçirmişlər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır.

Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.

Novruz bayramı çərşənbələri

Qeyd etdiyimiz kimi Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla hər çərşənbə günü başqa – başqa adla qeyd olunur hansılar ki, aşağıda sıralanıb:
 1. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.
2. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir  şam yandırırlar.
3. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.
4. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.

Novruz bayramı adətləri

Novruz bayramı illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb hal hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlər var.

1. Papaq atmaq. Əsasən gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.
2. Qulaq falı da papaq atmaq qədər məşhur adətlərdən biridir hansı ki, bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir əgər yaxşı söhbətlər danışılırsa onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.
3. Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir bu adət həm Novruz bayramı günü həm də əsas Od çərşənbəsi günü həyata keçirilir.
4. Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır, odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə bu o deməkdir ki, qız o yaşında ərə gedəcək.
5. Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.
6. Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi olub. Yumurtası qırılan tərəf digərinin dediklərini etməli idi bu oyunda

7. Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridilər



1 Response

Şərh yaz

Niyə Biz?

Dünyanın bir çox turistik yerlərinə turları bir araya topladıq. Xəyallarınızı gercəkləşdirəcək səyahətlər, müalicə paketləri, lüks istirahətlər və turizmin digər sahələri üzrə yüzlərlə tur paketləri əldə etmək üçün bizə müraciət edin.

Bizimlə Əlaqə